05/07/2019
11:34
16300
| A A A
Qarabağ-ın yeni transferini cəzalı duruma salan Gündüz Abbaszadə olub - "ölkə futboluna fayda verməyə çalışmışdım"

Qarabağ-ın yeni transferi Aylton Silvanın 2015/16 mövsümündə Neftçi-də top qovarkən Monteneqro Mladost-u ilə səfər matçında qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırıldığından ağdamlılara Çempionlar Liqasında kömək edə bilməyəcək.

Partizani (Albaniya) ilə önəmli matçların ən azı birincisini buraxacaq Ayltonun cəzalı duruma düşməsi ilə bağlı daha bir maraqlı fakt var. Bakıda 2:2 hesablı heç-heçə edən tərəflərin ikinci görüşü 1:1 hesabı ilə yekunlaşandan sonra meydanda dava düşüb. Mərhələ adlaya bilməyən Neftçi-nin 2 futbolçusu hadisələrin  mərkəzində yer alıb. Maksim Vaylo və hazırda Qarabağ-da çıxış edən Rahil Məmmədov rəqiblərlə kəllə-kəlləyə gəlib. Hakimlər insidenti yaxşı görmədiyindən qarabəniz Rahili Ayltonla qarışıq salaraq "qırmızı” verib. Daha doğrusu, bunu Bakı klubunun o vaxtkı mətbuat katibi Gündüz Abbaszadə edib.

Gündüz Abbaszadə hakimləri aldatdığını gizlətməyib: "Hakimlər briqadası meydanı tərk etmişdi. Künc bayrağının yaxınlığından geri döndülər. Rahili görmüşdülər. Amma azərbaycanlı futbolçunu braziliyalı ilə qarışıq salmışdılar. Məndən braziliyalının kimliyini soruşdular, yanıldıqlarını anladım və ölkə futboluna fayda verməyə çalışdım. O vaxt Ayltonun Neftçi-də qalmayacağı dəqiq idi. Bu üzdən vərəqənin yerli futbolçumuza yox, legionerə verilməsini istədim. "Sambaçı” Neftçi-yə gəldiyinə peşman idi. İcarə müqaviləsinin başa çatmasını səbirsizliklə gözləyirdi. Ağlıma da gəlməzdi ki, nə vaxtsa Azərbaycana qayıdacaq, Qarabağ-la anlaşacaq. Buna görə çox üzgünəm. İndiki durumda "Məndən ötdü, qardaşıma dəydi” məsəli yada düşür”. (fanat.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36029 səs