05/07/2019
14:46
1497
| A A A
Ailton Silva: "Qarabağ-a gəldiyim üçün çox xoşbəxtəm"

Qarabağ braziliyalı cinah müdafiəçisi Ailton Silvanı 1 illik icarə əsasında heyətinə qatıb.

Yeni transfer komandamıza keçidi haqda öz fikirlərini bildirib:

"Qarabağ-a gəldiyim üçün çox xoşbəxtəm, klubun hədəflərindən xəbərim var və əsas məqsədim Çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdir. Vaxtı ilə Azərbaycanda oynamışam, o zaman Qarabağ-la danışıqlar olmuşdu, çox təəssüf ki, yarımçıq qaldı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız Qarabağ-da oynayacam. Qarabağ-la avrokuboklarda oynamaq şansı daha çoxdur və daha çox diqqət mərkəzində olursan".

Ailton komandanın oyun tərzi və rəqabətdən danışıb:

“Qarabağ-ın hücum, baxımlı futbol oynadığını bilirəm, komandanın daha çox topa sahib olması xoşuma gəlir. Komandanın oyunlarını izləyirdim. Cinah müdafiəçiləri hücumlarda müntəzəm iştirak edir. Burada əlimdən gələni edəcəm ki, öz ötürmə və qollarımla komandama kömək edim. Bura ehtiyatda oturmaq üçün yox, oynamaq üçün gəlmişəm. Məşqlərdə var gücümlə çalışacam ki, oyunlarda verilən şanslardan maksimum istifadə edib əsas heyətin üzvünə çevrilim”.

Cinah müdafiəçisi ən qısa zamanda tam hazır olmaq üçün əlindən gələni edəcəyini bildirib:

“Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədir Stuttgart-la məşqdə iştirak edirdim, düzdür, hələ tam hazır deyiləm və ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim, ilk oyundan məşqçinin ixtiyarında olum, amma nə etmək olar? Cavab oyununda meydanda olmaq üçün çalışacam”.

Braziliyalı komandaya ən qısa zamanda uyğunlaşacağını da dilə gətirib:

“Azarkeşlər komanda üçün meydanda hər şeyini ortaya qoyacaq, avrokuboklarda uğur qazanmaq üçün əlindən gələni edəcək bir Ailton görəcək. Avrokuboklarla yanaşı, həm ölkə çempionatında, həm də kubokda da uğurlu nəticələr qazanamaq istəyirəm. Özümü tam bu uğurlara kökləmişəm.

Komandaya gəlməmişdən əvvəl Riçard Almeydayla danışdım, o,burada gözəl ab-havanın olduğunu bildirdi. Komandada 3 ispaniyalı və braziliyalı olması oxşar dil baxımından tez uyğunlaşmağıma kömək edəcək. Bununla yanaşı Araz Abdullayev və Rahil Məmmədovla birlikdə oynamışam. Ümid edirəm ki, komandama ən qısa zamanda adaptasiya olacam”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21583 səs