07/07/2019
15:06
4786
| A A A
“Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub” - Messi

Argentina millisi Amerika kubokunda 3-cü yer uğrundakı matçda Çilini məğlub edib.

Goal.az xəbər verir ki, 2:1 hesabıyla bitən matçda Argentina millisinin üzvü Lionel Messi 36-cı dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub. Oyundan sonra mükafatlandırma mərasiminə də qatılmayan Messi, hakimləri tənqid edən açıqlamalar verib:

“Qari Medel və mənə sarı vərəqə göstərmək kifayət idi. Turnir ərzində bizə hörmət etmədilər. Bunun bir parçası olmaq məcburiyyətində deyilik. Burdan başı dik ayrılıram və komandamla qürur duyuram. Layiq olduğu hörmət göstərilərsə, bu komandanın da uğur qazanacağına inanıram.

Mükafatlandırma mərasiminə qatılmadım, çünki bu oyunun bir parçası olmaq istəmədim. Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər çox müdaxilə etməz və Perunun qazanmaq üçün bir şansı olar”.

Qeyd edək ki, Amerika kubokunun finalında Braziliya ilə Peru qarşılaşacaq. Həlledici görüş bu gün, saat 00:00-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22010 səs