08/07/2019
15:15
3032
| A A A
Sperantsa-nın prezidenti: “Onlar neft satırlar, biz isə pomidor”

Neftçi-nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Sperantsa-nın prezidenti Petru Efros və komandanın baş məşqçisi Kristian Efros şansları dəyərləndirib.

Goal.az xəbər verir ki, P. Efros yerli mətbuata açıqlamasında Neftçi-nin favorit hesab olunmasının səbəbini anlamadığını deyib:

“Başa düşmürəm, niyə Neftçi-ni favorit sayırlar. Onlar neft satırlar, biz isə pomidor. Burada heç bir problem görmürəm. Şanslar bərabərdir. Hər şey Kristian və Bordindən asılıdır. Bordinin sərəncamında güclü futbolçular ola bilər. Amma düşünürəm ki, onlar ən yaxşı deyillər”.

Xatırladaq ki, Neftçi ilə Sperantsa arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36489 səs