09/07/2019
10:52
3128
| A A A
PSG-dən Neymar açıqlaması - "gedə bilər"

PSG Neymarın getmək istəyinin qarşısını almaq fikrində deyil.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Leonardo komandaya qoşulmayan ulduz futbolçunu satmağa hazır olduqlarını da gizlətməyib: "Neymarla danışmışam, ancaq söhbətimizin bütün detallarını açıqlamaq istəmirəm. Mövqe hər kəsə aydındır. Əsas məsələ budur ki, Neymarın PSG ilə hələ 3 illik müqaviləsi var. Təklif almadığımız üçün heç nəyi müzakirə edə bilmərik. Futbolçu məşqlərə qoşulmursa, bu, klubun deyil, oyunçunun günahıdır və məsuliyyəti o daşıyır. Neymarla bağlı heç bir təklif almamışıq. Uyğun təklif alsaq, futbolçu PSG-dən ayrıla bilər. PSG yalnız burda qalmaq və böyük işlər görmək istəyən oyunçulara güvənir".

Xatırladaq ki, Neymarın Barcelona-ya qayıtmaq istədiyi bildirilir. Barcelona tərəfinin də gedişi zamanı yaşanan bəzi xoşagəlməz məqamları aradana qaldıracağı təqdirdə, sambaçını heyətə qaytara biləcəkləri qeyd olunur. Neymar həm də digər İspan nəhəngi Real-ın transfer hədəfindədir. "Kral klubu"nun prezidenti Perez ulduz futbolçunu heyətə qatmaqda israrlıdır. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22005 səs