09/07/2019
18:17
1945
| A A A
Keçmiş qapıçıdan Messiyə dəstək: “Demokratik bir dünyada yaşayırıqsa…”

Paraqvaylı sabiq futbolçu Xose Luis Çilavert Amerika kuboku ilə bağlı sərt ifadələr işlədən Argentina millisinin kapitanı Lionel Messiyə dəstək olub.

Goal.az xəbər verir ki, 53 yaşlı sabiq qapıçı, Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) futbolu öldürdüyünü deyib:

“Şübhəsiz ki, bu Amerika kuboku Braziliyanın çempion olması üçün hazırlanmışdı. Demokratik bir dünyada yaşayırıqsa, niyə Messini dediyi sözlərə görə cəzalandırmaq istəyirlər? Futbolçular KONMEBOL-u boykot etmək məcburiyyətindədirlər”.

Çili ilə oyundan sonra Messi, “Mükafatlandırma mərasiminə qatılmadım, çünki bu oyunun bir parçası olmaq istəmədim. Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər çox müdaxilə etməz və Perunun qazanmaq üçün bir şansı olar” demişdi.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35732 səs