10/07/2019
17:13
2386
| A A A
“Karyeramda səhvlər etdim, amma…” – Nəsri

West Ham ilə yollarını ayırdıqdan sonra Anderlecht-ə transfer olunan Samir Nəsri açıqlama verib.

Goal.az xəbər verir ki, Belçika təmsilçisi ilə 1+1 illik müqavilə bağlayan 32 yaşlı futbolçu, pulun onun üçün vacib olmadığını deyib:

“Karyerama Avropada davam etmək istəyirdim. Anderlecht-in layihəsi məni motivasiya etdi. Pul mənim üçün çox vacib deyil.

Karyeramda səhvlər etdim, amma yaxşı xasiyyətim var. İnternetdə haqqımda çox şey var, buna baxmayaraq, futbolla yaxından maraqlanan insanlar əsl Samir Nəsrini tanıyırlar. Bu klubda çempion olmaq və Çempionlar Liqasında uğurlu mövsüm keçirmək istəyirəm”.

Nəsri karyerası ərzində Marseille, Arsenal, Manchester City, Olympiacos, Antalyaspor kimi klublarda çıxış edib.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36514 səs