11/07/2019
17:48
3402
| A A A
“Dünyanın ən yaxşı klubunda oynayacağım üçün xoşbəxtəm” - Militao

Real Madrid-in Porto-dan transfer etdiyi Eder Militao yeni klubunda açıqlama verib.

Goal.az xəbər verir ki, təqdimat mərasimində açıqlama verən 21 yaşlı müdafiəçi, “kral klubu”nda tarix yazmaq istədiyini deyib:

“Dünyanın ən yaxşı klubunda oynayacağım üçün xoşbəxtəm. Bu, ailəmin və menecerimin köməyi ilə baş verdi. Uşaqlığımdan bəri dünyanın ən yaxşı klubunda oynamaq istəmişəm. Bunun üçün klub prezidentinə təşəkkür edirəm. Bütün Real azarkeşlərinə bu klubu ən yaxşı şəkildə təmsil edəcəyimi demək istəyirəm. Əlimdən gələn hər şeyi edəcəm. Mən yeni tarix yazmaq üçün burdayam”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40025 səs