15/07/2019
16:00
6526
| A A A
Neymar: "Karyeramın ən gözəl anı PSG-ni 6-1 məğlub etdiyimiz matç idi"

PSG-nin ulduz futbolçusu Neymar Fransa klubundan ayrılmaqda qərarlı olduğunu son açıqlaması ilə bir daha təsdiqləyib.

Goal.az xəbər verir ki, braziliyalı forvard "futbolçu karyeramın ən gözəl anı Barcelona ilə PSG üzərində 6-1 hesabı ilə qələbə qazandığımız matçdır" deyib.

Həftələrdir PSG-dən ayrılacağı xəbərləri gündəmdən düşməyən və klubun mövsümə hazırlığına xeyli gec, ötən gün qoşulan Neymar bu açıqlamanı ölkəsində "Oh My Goal" kanalına verib.

27 yaşlı oyunçuya bu açıqlamasına görə sərt reaksiyalar gəlib.

Bu gün həmçinin futbolçu ilə PSG-nin idman direktoru Leonardo arasında gecikmə və klubdan ayrılma məsələsinə görə iclas nəzərdə tutulub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1208 səs