21/07/2019
17:08
5282
| A A A
Zidan Beylin gedəcəyini açıqladı

Real Madrid-in yarımmüdafiəçisi Qaret Beyl klubunu dəyişəcək.

Goal.az xəbər verir ki, bu barədə "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan Beynəlxalq Çempionlar Kubokunun Bayern Münich ilə oyunundan (1:3) sonra jurnalistlərə açıqlamasında məlumat verib. Uelsli futbolçunun Münhen klubuna qarşı oynamamasının səbəbi haqda danışan fransız mütəxəssis bunun 28 yaşlı oyunçunun mümkün gedişi ilə bağlı olduğunu bildirib:

"Beyl oynamadı, çünki komandadan getməyə yaxındır. Ümid edirəm ki, o, tezliklə gedəcək. Bu, hər iki tərəf üçün də ən yaxşı qərar olacaq. Biz onun başqa komandaya transferi üzərində işləyirik. Mənim onunla şəxsi heç bir problemim yoxdur. Amma artıq lazım olanı etməyin vaxtı çatıb. Qərar verməli, dəyişiklik etməliyəm. Onun gedişi baş məşqçinin qərarıdır. Eyni zamanda, futbolçu özü də komandadakı vəziyyətini başa düşür. Tezliklə hər şey həllini tapacaq.".

Qeyd edək ki, Real Madrid-in Beylə görə 80 milyon avro təzminat istədiyi bildirilir. Futbolçunun sabiq klubu Tottenham-ə keçəcəyi gözlənilir.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs