22/07/2019
11:22
2745
| A A A
PSG-nin baş məşqçisi Neymar barədə danışdı

PSG-nin baş məşqçisi Tomas Tuhel komandadan ayrılcağı iddia edilən Neymarın klubdakı gələcəyi ilə bağlı danışıb.

Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis braziliyalı hücumçunun gedişinin tərəfdarı olmadığını deyib. O, futbolçunun komanda ilə birgə Çinə gedəcəyini bildirib:

“Neymar bizimlə birlikdə mövsümöncəsi hazırlıq üçün Çinə gedəcək. O, komanda ilə məşqlərə başlamaq üzrədir. Keçən həftə bəzi testlər edildi və hazırda vəziyyəti yaxşıdır. Neymarın komandada qalmasını istəyirəm. Transfer dövründə hər şey ola bilər, amma o, hazırda mənim futbolçumdur”.

 Neymarın Barcelona-ya keçmək istədiyi haqda xəbərlər yayılır. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27580 səs