01/08/2019
13:25
4500
| A A A
“Qvardiola ilə danışmışam və ondan üzr istəmişəm”

Bayern Münich baş məşqçisi Niko Kovaç Manchester City-nin futbolçusu Leroy Sanenin transfer məsələsi ilə bağlı dediyi sözlər üçün üzr istəyib.

Goal.az xəbər verir ki, bir müddət əvvəl Münhen klubunun Saneni transfer edəcəyinə şübhə etmədiyini bildirən xorvat mütəxəssis, bu sözləri üçün üzr istəyib:

“Biz bu vəziyyəti klub rəhbərliyi ilə müzakirə etdik. Bəlkə də, o müsahibə zamanı çox sərt idim. Artıq Manchester City-nin baş məşqçisi Pep Qvardiola ilə danışmışam və ondan bu sözlərə görə üzr istəmişəm. Eyni zamanda, Bayern-dan da üzr istəmək istəyərdim. Gələcəkdə bu cür vəziyyətlərdə daha təmkinli davranacam”.

Sanenin adı uzun müddətdir Bayern ilə yanaşı çəkilir.

money.az currency