02/08/2019
14:17
4993
| A A A
Real Madrid Puyolu transfer etmək istəyirmiş

Barcelona-ın keçmiş kapitanı Karles Puyol açıqlama verib.

Goal.az xəbər verir ki, sabiq müdafiəçi, Kataloniya klubunun əsas rəqibi Real Madrid-in onu iki dəfə transfer etmək istədiyini deyib:

“Real Madrid iki dəfə məni transfer etmək istədi, amma mən həmin vaxt artıq dünyanın ən yaxşı klubunda idim. Onlar birinci dəfə məni 2001/02 mövsümündə transfer etmək istədilər. Üç il sonra Xose Antonio Kamaço Real-da baş məşqçi vəzifəsinə gəldikdən sonra Ronaldinyo ilə məni komandasında görmək istədi. Mən isə Barcelona ilə kuboklar qazanmaq istəyirdim, ona görə də, orda qaldım”.

Qeyd edək ki, Puyol 1999-2014 illər arası Barcelona-da çıxış edib.

money.az currency