04/08/2019
14:30
3823
| A A A
"Real-ın müəyyən marağı var, amma..." - van de Bek

Real Madrid-in maraq dairəsində olduğu deyilən Ajax-ın futbolçusu Donni van de Bek məsələylə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, 22 yaşlı futbolçu, “kral klubu”nun onunla maraqlandığını təsdiq edib:

“Bu barədə söhbətləri bilirəm və bunları eşitmək xoşdur. Mətbuatda yeni xəbərlər olsa da, vəziyyət hələ də eynidir. Real-ın müəyyən marağı var, amma insanlar sadəcə nəticə çıxarmağa meyillidirlər. Yazılan xəbərlərə inanmaq lazım deyil. Hazırda Ajax-a köklənmişəm”.

Hollandiyalı futbolçu son mövsümdə iştirak etdiyi 57 oyunda 17 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.(komanda.az)

money.az currency