05/08/2019
15:11
5597
| A A A
Barcelona-dan növbəti açıqlama: "Neymarın keçidi..."

Barcelona-nın vitse-prezidenti Xordi Kardoner PSG-nin hücumçusu Neymarın Kataloniya klubuna transferi ilə bağlı xəbərlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, o, İspaniyanın TV3 kanalına müsahibəsində deyib: “Klubumuzun prezidentinin söylədiyi kimi, Neymarın keçidi bu gün müzakirə olunmur. Hər şey çətindir. Biz sadəcə, kənardan müşahidə edirik. Bilirik ki, o, Parisdə xoşbəxtdir. Biz Neymarla bağlı danışmamışıq”.

Klub rəsmisi bildirib ki, Barcelona və PSG bir-birinə hörmətlə yanaşır: “Əgər Neymarın namizədliyi məsələsi gündəmə gəlsə, biz bunu müzakirə edəcəyik. İndi isə belə bir şey yoxdur”.

money.az currency