06/08/2019
11:18
1559
| A A A
APOEL-in futbolçusu: "Qarabağ-ın aqressiv futbol oynadığını bilirik"

"Bizi çətin mübarizə gözləyir. Qarşıda çətin oyun var. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. 90 dəqiqə oyuna köklənməli və vəzifəmizi yerinə yetirməliyik".

Goal.az-ın məlumatına görə, bu sözləri APOEL-in futbolçusu Savvas Gentoqlu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Yunanıstanlı yarımmüdafiəçi daha sonra bildirib: "Rəqibimizin aqressiv futbol oynadığını bilirik. Çox yaxşı müdafiə olunmalıyıq. Ancaq özümüzə inanmaq üçün hücum da etməliyik. Yaxşı bir addım atmaqdan ötrü hər şeyi edəcəyik"

money.az currency