07/08/2019
15:04
986
| A A A
Dani Alveş karyerasını bitirmək fikrində deyil

San-Paulo-nun yeni transferi Dani Alveş milli karyerasını başa vurmaq fikrində deyil.

Goal.az-ın məlumatına görə, sağ cinah müdafiəçisinin Braziliya yığması ilə bağlı hədəfləri bitməyib.

36 yaşlı futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qatılmaq arzusunda olduğunu vurğulayıb: "San-Paulo-ya karyeramı bitirmək üçün yox, çalışmaq üçün gəlmişəm. Hələ də həm klub, həm də milli səviyyəsində böyük hədəflərim var. Ən böyük istəyim növbəti dünya çempionatında millinin formasını geyinməkdir".

Xatırladaq ki, Dani Alveş karyerası ərzində rekord sayda - 41 titul qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27781 səs