08/08/2019
15:19
1693
| A A A
Pike: “Neymarın gəlişi çox qarışıq məsələdir”

İspaniyanın Barcelona klubunun müdafiəçisi Jerar Pike PSG-dən ayrılmaq istəyən Neymarla bağlı açıqlama verib.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, yenidən Neymarla birlikdə oynamaq istədiyini bildirib:

“Neymar klubumuzu, bu şəhəri tanıyan möhtəşəm futbolçudur. Onun yenidən komandamıza qayıdıb-qayıtmayacağını bilmirəm. Çox qarışıq məsələdir. Onunla danışırıq, amma bunlar haqqında açıqlama vermək doğru olmaz. Onun danışması lazımdır. Neymar mükəmməl futbolçudur və yenidən onunla oynamaq istəyərik”.

Neymarın PSG-də xoşbəxt olmadığı və yenidən Barcelona-ya qayıtmaq istədiyi bildirilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27787 səs