09/08/2019
15:31
2179
| A A A
“Onun bizimlə davam edəcəyini düşünürəm” – Valverde

Barcelona-nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Goal.az xəbər verir ki, Filippe Koutinyonun gələcəyi ilə bağlı danışan mütəxəssis, onun Kataloniya klubunda qala biləcəyini deyib:

“Nə baş verəcəyini bilmirik, amma Koutinyo hazırda bizimlə olan futbolçudur. O, oynamır, amma onunla bağlı planımız eynidir. Onun bizimlə davam edəcəyini düşünürəm”.

55 yaşlı mütəxəssis, Real Madrid-in PSG-nin futbolçusu Neymar üçün hərəkətə keçməsi haqqında suala belə cavab verib:

“İndi Neymarı transfer etmək istəyən Real Madrid-dir və nə olacağını görəcəyik. İki il əvvəl o, burda idi və onunla bağlı bütün sualları cavablandıra bilirdim. İndi yenidən məndən onu soruşurlar. Başqa komandaların heyətində olan futbolçular haqqında danışa bilmərik”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27780 səs