12/08/2019
21:10
2593
| A A A
Zidan Beyl və Rodriqes barədə danışdı

Real-ın baş məşqçisi Zinəddin Zidan komandanın futbolçuları Xames Rodriqes və Qaret Beyl haqda danışıb.

Goal.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, hər iki oyunçunun komandanın vacib üzvləri olduğunu deyib: "Real-da olan bütün futbolçulara güvənirik. Avqust 31-nə kimi hər şey ola bilər. Amma hazırda onlar bu klubun şərəfini qoruyurlar. Mənim məşqçi kimi işim bütün futbolçuları məşqə cəlb etməkdir".

Qeyd edək ki, Zidan bundan əvvəl Rodriqes və Beylin başqa kluba transfer oluna biləcəyini söyləmişdi.

money.az currency