23/08/2019
17:00
10152
| A A A
Zidan bezib, sentyabrı gözləyir

Real-ın baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının ikinci turunda Valladolid-ə qarşı keçirilən oyun öncəsi bildirib ki, mümkün transferlər haqda danışmaqdan yorulub.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Sentyabrın 2-nə qədər hər şey mükündür. Digər komandalarda olduğu kimi, bizə də hansısa oyunçu gələ, kimsə də gedə bilər. Buna görə də 2 sentyabrı səbirsizliklə gözləyirəm. Həmin gün tez gəlib çatsaydı, bu söhbətlər də qurtarardı”.

Qeyd edək ki, İspaniyada yay transfer pəncərəsi məhz həmin tarixdə bağlanacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33161 səs