23/08/2019
19:20
2055
| A A A
"Premyer Liqanın sponsoru kim olacaq? - PFL-dən açıqlama

 PFL-in sponsor axtarışları davam edir.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Deparatamentinin rəhbəri Aslan Şahgəldiyev sosial şəbəkədə xarici mərc oyunları şirkəti olan "Xbet"in PFL-ə sponsor olacağı ilə bağlı yayılan iddialara da aydınlıq gətirib.

Qurum rəsmisi Sport7.az-a açıqlamasında bildirib ki, "Biz tərəfdən heç kim rəsmi olaraq "Xbet"lə müqavilə bağlanacağını bildirməyib. Sadəcə xarici bukmeker kontorundan PFL-ə təklif gəlmişdi. Ancaq bu gün rəsmi bir şey yoxdu deyə, hər hansısa rəsmi açıqlama verilmir".

Ümumiyyətlə, qurum hansısa bir şirkətlə anlaşmaya varıbmı? sualına Aslan bəy, "Bəzi maraqlanan şirkətlər var. Müəyyən məbləğ təklif edən bir yerli şirkət vardı, ancaq məbləğ bizi qane etmədi. Hələ ki, sentyabrın 6-sına kimi vaxtımız var. Tenderin bitməsini gözləyirik. Ondan sonra baxacağıq. Loru dildə desək, dəyər-dəyməzə sponsorluq vermək istəmirik. Çünki 1 illik - uzun müddətli müqavilədi. Bu isə özünü tanıtmaq istəyən şirkət üçün ideal təklifdi", deyə bildirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33161 səs