25/08/2019
12:00
11719
| A A A
Emeri: "Özlərinə klub tapsınlar"

Arsenal-ın baş məşqçis Unai Emeri müdafiəçi Şkodran Mustafi və yarımmüdafiəçisi Məhammed El-Nennini heyətlərində görmək istəmir.

Goal.az xəbər verir ki, Emeri bu 2 oyunçunun daha oynamayacaqlarını bildirib: “Bəzi oyunçularımız gələcək taleləri haqqında məlumatlıdırlar. Məsələn, keçən mövsüm Mustafi və El-Nenni əsas heyətə düşə bilmədiyi üçün komandada xoşbəxt deyildilər. Mən isə oyunçularımın xoşbəxt olmasını istəyirəm. Bu oyunçulara özlərinə tez bir zamanda yeni klub tapması üçün vaxt vermişəm. Onlara hörmət edirəm və gələcək karyeralarına uğurlar arzulayıram”.

Qeyd edək ki, Şkodran və El-Nenni 2016-cı ildən Arsenal-ın şərəfini qoruyurlar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33458 səs