25/08/2019
14:20
2052
| A A A
Klopp: "Salah yenə öz səviyyəsini göstərdi"

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində öz meydanında Arsenal-a 3:1 hesabı ilə qalib gələn Liverpool-un baş məşqçisi Yurgen Klopp matçdan sonra açıqlama verib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, qələbəyə layiq olduqlarını bildirib:

“Matçın əvvəlində Arsenal-ın oyun sistemi bizi təəccübləndirdi, amma dəqiqələr keçdikcə, öz sistemimizdə dəyişiklik etdik və qələbə qazanmağı bacardıq. Qol buraxmamağı çox istəyərdim, amma edəcək bir şey yoxdur. Arsenal səviyyəli bir komandadır. Bundan başqa, onlara qol epizodu yaratmaq imkanı vermədik. İstədiklərimizi meydanda göstərdik. Qələbə qazanmağa layiq idik. Qazandığımız penalti də çox düzgün idi. Məhəmməd Salahın 3-cü qolu möhtəşəm alındı. O, yenə öz səviyyəsini göstərdi”.

52 yaşlı mütəxəssis, Arsenal-ın daha çox topa sahib olması ilə bağlı da danışıb:

“80 dəqiqə ərzində oyuna nəzarət bizdə idi. Bəlkə də, son 10 dəqiqədə Arsenal kəsərli oyun göstərib. Biz “Disneyland” deyilik, hamını hər saniyə həyəcanlandırmaq məcburiyyətində deyilik”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33452 səs