04/09/2019
13:39
1134
| A A A
"Azərbaycanda bizə çətin olacaq" - Rayan Giqqz

"Seçmə mərhələyə qələbə ilə başlasaq da, ardıcıl iki məğlubiyyət aldıq. Halbuki hər iki oyundan xalla ayrıla bilərdik".

Bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib. 46 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib. Giqqz yarışa uğurlu başlamadıqları üçün Azərbaycan millisi ilə qarşıdakı görüşdə qələbənin qaçılmaz olduğunu vurğulayıb.

O, bununla qrupdakı vəziyyətlərini düzəldəcəklərini düşünür: "İyun ayında futbolçular yorğunluğu tam çıxarmamışdılar. Çünki mövsüm yenicə bitmişdi. Üstəlik, Xorvatiyada dəhşətli isti hava şəraitində oynamalı olduq. Amma bu, yalnız incə detallardı. Bir az da bəxtimiz gətirmədi. Xorvatiya və Macarıstanla matçlarda istədiyimiz hücumları edə bilmədik. Futbolçularımın potensialına inanıram. İndi Azərbaycanla qarşıdakı oyunda mütləq qələbə qazanmalıyıq. Gələn ay isə Slovakiya ilə səfərdə, Xorvatiya ilə də evdə üz-üzə gələcəyik. Azərbaycana qalib gəlməklə, həmin matçlara daha yüksək motivasiyada hazırlaşa bilərik. Hələ də ümidimizi itirməmişik".

Giqqz qrupun qalan oyunları barədə də fikir bildirib. O, Azərbaycanla səfər matçından ehtiyatlandığını etiraf edib: "Bizim evdə 3 oyunumuz olacaq. Ancaq səfər matçlarını da unutmaq olmaz. Xüsusən də, uzaq səfər olan Slovakiya və Azərbaycanla görüşləri qeyd edərdim. Onların meydanında bizə çətin olacaq. Əsl rəqabətli qrupdu. Qrupda məğlub olmayan komanda yoxdu. Hamı bir-birinə üstünlük əldə edə bilər. Macarıstanın layiqli rəqib olduğunu əvvəldən bilirdim. Ancaq onların bu cür startı məni təəccübləndirdi. Slovakiya isə səfərdə Azərbaycan üzərində 5:1 hesablı qələbə qazandı və bu iki komanda ilk iki pillədə yer alıb. Bizim üçün yaxşı məqam odu ki, yenə komandalar bir-birilərini büdrədəcəklər" (matc.az).

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33230 səs