04/09/2019
15:48
9317
| A A A
Emre Can həm şoka düşdü, həm də əsəbiləşdi

Juventus-un yarımmüdafiəçisi Əmrə Canın adı Çempionlar Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edilməyib.

Goal.az xəbər verir ki, 25 yaşlı türk əsilli futbolçu “Bild” nəşrinə müsahibəsində baş məşqçi Mauritsio Sarrinin bu qərarına təəccübləndiyini deyib:

“Tamamilə şokda idim. Baş məşqçi ilə söhbətim cəmi 1 dəqiqə davam etdi və mənə Çempionlar Liqasında nə üçün oynamayacağımla bağlı səbəb deyilmədi. Bu məni həm qəzəbləndirdi, həm də məyus etdi. Keçən həftə mənə klub tərəfindən başqa söz verilmişdi. Milli komandadan qayıtdıqdan sonra Juventus-a bu barədə bir daha danışacam. Mənə PSG-dən təklif var idi, amma mən Juventus-da qalmağı seçdim. Çempionlar Liqasında oynamağım şərtdir”.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2018-ci ildə Liverpool-dan Juventus-a keçib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33223 səs