04/09/2019
16:25
10836
| A A A
"Azərbaycanın Qarabağ klubu belə Milan-dan güclüdür" - məşhur italiyan jurnalist

Məşhur italiyalı jurnalist Marsello Çiriko İtaliya A Seriyasının yeni mövsümü ilə bağlı təxminlərini açıqlayıb.

Goal.az xəbər verir ki, Çiriko öz açıqlamasında Ağdamın Qarabağ klubunun belə Milan-dan güclü olduğunu vurğulayıb.

“Hər şey yenidən əvvəlki kimi olacaq. Juventus çempionluğunu bu il də qeyd edəcək. Juventus-un heyətində 24-25 top səviyyədə olan futbolçu var. Onların qarşısını almaq çətin olacaq. Digər tərəfdən isə sabiq Juventus-lular – Marotta və Konte İnter-də yaxşı işlər görürlər. Juventus-a qarşı çətinlik yaradacaq klub varsa, o da İnter-dir. 3-cü pilləni isə fikrimcə son illər stabil çıxış edən Napoli tutacaq. Lakin mən Fiorentina-nı TOP-3-dən kənar qoymaq istəmərəm. Onların yeni prezidenti yay transfer pəncərəsində klub üçün lazımlı oyunçuları gətirdi. TOP-5-liyi fikrimcə Milan tamamlaya bilər. Amma onlar bunun üçün gözləntiləri doğrultmalıdılar. Onlar keçmişlə yaşamağı unutmalıdılar. Rossonerilər nəsə olan kimi 7 Çempionlar Liqası tituluna sahib olduqlarını deyirlər. Bu düzgün deyil. Razıyam ki, tarixi silmək olmaz, Milan-ın əzəmətli tarixi var. Lakin, hazırda klubda düzgün siyasət yoxdur. Azərbaycanın Qarabağ klubu belə onlardan güclüdür. Bunu bizə hətta UEFA-nın klublar arası tərtib etdiyi reytinq deyir. Milan 78-ci olduğu halda, Azərbaycan təmsilçisi 70-ci pillədədirlər” – deyə Çiriko vurğulayıb.

Qeyd edək ki, Marsello Çiriko daha çox Juventus azarkeşi olan jurnalist kimi tanınır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs