05/09/2019
18:02
3661
| A A A
"O, dünyanın ən yaxşı futbolçusu olacaq" - Fabreqas

Monaco-nun yarımmüdafiəçisi Sesk Fabreqas PSG-nin hücumçusu Kilian Mbappenin çıxışını dəyərləndirib.

Goal.az xəbər verir ki, ispaniyalı orta sahə oyunçusu fransalı forvardı tərifləyib.

O, Mbappenin gələcəkdə ən güclü olacağını proqnozlaşdırır: "O, fenomendi. Gələcəkdə mütləq dünyanın ən yaxşı futbolçusu olacaq. Həmişə düşünmüşəm ki, Mbappe önümdə çıxış etsəydi, onu yaxşı ötürmələrlə təmin edərdim. Təkcə sürətli oyunçu deyil, eyni zamanda mövqe seçimində də ağıllıdı. Dieqo Kosta və Tyerri Anri də belə idi. Ancaq Mbappe bacarığından necə istifadə etmək lazım olduğunu bilir.

Qeyd edək ki, Fabreqasdan əvvəl Mbappe Monaco-da çıxış edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs