05/09/2019
18:52
2774
| A A A
“Bütün qaradərili futbolçuların İtaliyadan ayrılmasını istəyirəm” – Demba Ba

Hazırda Başakşehir-in şərəfini qoruyan Demba Ba son vaxtlar İtaliyada müzakirə mövzusu olan irqçiliklə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, seneqallı hücumçu, qaradərili futbolçuların İtaliyaya getməkdən imtina etmələrini istəyib:

“Bacaracağımı bilsəm belə, İtaliyada çıxış etməməyimin əsas səbəbi budur. Hazırda bütün qaradərili futbolçuların İtaliyadan ayrılmasını istəyirəm. Təbii ki, bu, azarkeşlərin axmaqlıqlarının və nifrətlərinin qarşısını almayacaq, amma ən azından onlar artıq digər irqlərin nümayəndələrinə təsir edə bilməyəcəklər”.

Son vaxtlar İnter-in hücumçusu Romelu Lukaku azarkeşlərin irqçi şüarlarına məruz qalmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs