06/09/2019
15:21
1841
| A A A
Beyl Real-da xoşbəxt deyil

Real-ın hücumçusu Qaret Beyl komandadakı vəziyyətindən narahat olduğunu bildirib.

Goal.az İspaniya mətbautına istinadən xəbər verir ki, 30 yaşlı uelsli oyunçu klubda xoşbəxt olmadığını deyib:

“Keçən mövsüm nəinki mən, bütün komanda yaxşı oyun göstərmədi. Bu mövsüm Real-da özümü xoşbəxt hiss etdiyimi deyə bilmərəm. Ancaq mən peşəkar oyunçuyam, həm komandam, həm də milli üçün əlimdən gələni edirəm. Düzünü desəm, belə narahat vəziyyətin davam edəcəyini düşünürəm. Məsələni Real rəhbərliyi ilə danışıb həll etməliyəm".

Qeyd edək ki, Qaret Beylin “kral klubu” ilə 2022-ci ilin yayına qədər müqaviləsi var

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33225 səs