07/09/2019
15:50
1937
| A A A
“Klub rəhbəri olsaydım, Neymarı transfer etməzdim”

Son olaraq İspaniya millisinin “sükanı arxasında” çalışmış Visente del Boske PSG-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, Paris klubundan Barcelona-ya transferi alınmayan braziliyalı futbolçu haqqında danışan 68 yaşlı mütəxəssis, bunları deyib:

“Klub rəhbəri olsaydım, Neymarı transfer etməzdim. Onun möhtəşəm futbolçu olduğuna inanıram, amma digər xüsusiyyətlərindən xoşum gəlmir. Barcelona-da oynadığı dövrdə klub onun bəzi davranışlarını düzəltməyə çalışmışdı. Kataloniya klubunun azarkeşlərindən soruşsaz, yarısı onun geri qayıtmasını istəməyəcək”.

Neymar Paris klubunda xoşbəxt olmadığını, Barcelona-ya qayıtmaq istədiyini bildirmişdi. Amma klublar arasında aparılan danışıqlar müsbət nəticələnmədiyi üçün hücumçu PSG-dən ayrılmadı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33223 səs