07/09/2019
18:55
1062
| A A A
Roxo Manchester United-dən ayrılacağını açıqladı

Manchester United-in müdafiəçisi Markos Roxo klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, 29 yaşlı futbolçu, qış fasiləsində “qırmızı şeytanlar”dan ayrıla biləcəyini deyib:

“Manchester United kimi böyük bir komandadan ayrılmaq çətindir. Everton-a transfer olunmaq şansım var idi, amma klubun və baş məşqçinin qərarlarına görə bu, mümkün olmadı. Artıq dekabr ayınadək komandadakı yerimi qazanmağa çalışacam. Bu müddət ərzində heyətə daxil ola bilməsəm, Manchester United-dən ayrılmağa çalışacam”.

2014-cü ildən Manchester United-də çıxış edən müdafiəçinin klubla müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33224 səs