07/09/2019
19:37
3804
| A A A
“Neymar qış transfer dövründə də Barcelona-ya keçməyəcək” - Bartomeu

Barcelona-nın prezidenti Xosep Maria Bartomeu açıqlama verib.

Goal.az xəbər verir ki, klub rəhbəri PSG-dən transfer etmək istədikləri Neymarla bağlı danışıb:

“Neymar qış transfer dövründə də Barcelona-ya keçməyəcək. Onun üçün danışıqlar aparmışdıq. Başqa klubların da maraq dairəsində olduğunu bilirdik. Onu transfer etmək üçün əlimizdən gələn hər şeyi etdik. O da etməsi lazım olan hər şeyi etdi, klubuna qərarını dedi. Amma o, bu il də PSG-də oynayacaq. Neymar transfer dövründə təkcə Barcelona ilə danışıqların aparılmasını istəmişdi, o, sadəcə bizdə oynamaq istəyirdi.

Bu, bir fürsət idi. Neymar möhtəşəm futbolçudur. Klubun idarə heyəti də onun geri qaytarılmasına razılıq vermişdi. Qış fasiləsində onun transferi üçün çalışmayacağıq, yeni mövsümdə isə planlarımıza baxacağıq. Neymarla 3-4 klub maraqlanırdı ki, bunlardan da biri Real idi. Şərtlər çətindir, PSG də ən yaxşı təklifi gözləyir”.

Bartomeu, Lionel Messinin müqaviləsi və klubdakı karyerası haqqında da danışıb:

“Messinin klubla 2021-ci ilədək müqaviləsi var, amma son mövsümündən əvvəl müqaviləsinə xitam vermək haqqı var. Ancaq biz bundan narahat olmuruq. Messi uzun müddət burda oynamaq istəyir”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs