11/09/2019
14:02
1419
| A A A
"Qarabağ mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq” - Asmir Beqoviç

“Nəhayət ki, Bakıda məskunlaşdım. Son günlər böyük qarışıqlıq içində idim, problemlərim var idi. Klub dəyişəndə belə olur".

Goal.az-ın məlumatına görə, bunu Qarabağ-ın yeni transferi Asmir Beqoviç deyib.

Ölkəsində Bosniya və Herseqovina mətbuatına müsahibə verən təcrübəli qolkiper Bournemouth-dan Qarabağ-a icarə əsasında keçidi barədə danışıb. O, ilkin təəssüratlarının müsbət olduğunu söyləyib: Qarabağ-la bağlı ilk təəssüratım yaxşıdı. Burda hər şey ən yüksək səviyyədədi. Klubdakı insanlar mənə kömək olmaq üçün əllərindən gələni edirlər. Bura, həqiqətən də, bir ailə kimidir. Şəhər də çox gözəldir. İnanıram ki, Qarabağ mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq”.

32 yaşlı qapıçı "Qarabağ"ı seçməsinin səbəbini də açıqlayıb: “Qarabağ-a transfer dönəmi sürətli keçdi. Adımın hallandığı başqa klublar da var idi. Amma deməliyəm ki, azərbaycanlılar ən dürüst və konkret idilər. Buranın doğru seçim olduğunu düşündüm. Axı Qarabağ ənənəsi olan ciddi klubdur. Həmişə titullar uğrunda mübarizə aparır və Avropa Liqasının qrupunda çıxış edirlər. Mənə olan etibarı doğrultmalıyam".

Beqoviç Avropa Liqasında qərarlaşdıqları qrupu da dəyərləndirib. O, komandanın qrup səddini aşa biləcəyini düşünür: "Qrup mərhələsində oynamaq heç də kiçik iddia deyil. Amma ambisiyaları bundan da böyükdür. Qrupumuzda Sevilla, APOEL və Dudelange yer alıb. Fikrimcə, onlarla oyunlarda yaxşı nəticələr əldə edə bilərik. Əlbəttə, asan olmayacaq. Sevilla haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. APOEL-in Ajax-a necə işgəncə verdiyini hamı gördü. Dudelange isə keyfiyyətli komanda olmasaydı, qrupa qədər irəliləməzdi”.

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki bu yaxınlarda Beqoviçin yığmaya dönmək ehtimalının olduğun bildirib. Qolkiper isə bun sevindiyini deyib: "Belədirsə, hər şey yaxşıdır. Milliyə qayıtmaq məni xoşbəxt edər. Yığmaya heç vaxt qapımı bağlamamışam və əlimdən gəldiyi qədər kömək etmək istəyirəm. İndi ən vacibi millidə baş verənlərdən sonra əvvəlki gücü bərpa etməkdir. Ermənistana məğlubiyyət üzücüdür. Ancaq futbolda belə şeylər olur”.

Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi ilin sonuna qədər icarəyə götürüb. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34160 səs