17/09/2019
12:12
1943
| A A A
"Lionel Messi dünyanın ən yaxşısıdır" - Roys

Borussia Dortmund-un kapitanı Marko Roys Barcelona ilə keçiriləcək matç haqda danışıb.

Goal.az xəbər verir ki, almaniyalı futbolçu öz açıqlamasında Barcelona-nın kapitanı Lionel Messinin meydana çıxmasını istədiyini bildirib.

"Alkaserlə danışmışam. O, sakitdir. Güman edirəm ki, bizə qələbə qazanmağa kömək edə biləcək. Pako bizim üçün vacib oyunçudur. Onun statistikası hərşeyi deyir. Onun üçün ani bir vəziyyət qol vurmağa bəs edir.

Messinin oyuna çıxmağı dəqiq deyil. Amma mən onun kimi futbolçunun bizə qarşı oynamasını istəyirəm. Lionel dünyanın ən yaxşısıdır" - deyə Roys vurğulayıb.

Qeyd edək ki, Borussia - Barcelona matçı bu gün saat 23:00-da başlayacaq.