10/10/2019
14:34
1736
| A A A
Dibala etiraf etdi - yayda Juventus-dan ayrılmaq istəyib

Juventus-un futbolçusu Paulo Dibala açıqlama verib.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı oyunçu, yay transfer pəncərəsi dövründə Juventus-dan ayrılmaq haqda düşündüyünü deyib:

“Transfer dövründə hər şey çox sürətli keçir. Bəli, bir müddət ayrılmağı düşündüm. Ancaq sonra burda qalmaq və karyeramı Juventus-da davam etdirmək istədim. Bu forma üçün edəcəyim çox şey var”.

2015-ci ildən Juventus-da çıxış edən Dibalanın hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

money.az currency