11/10/2019
17:43
6140
| A A A
"Hazard Ronaldonu əvəz edə bilməz"

Arsenal-ın sabiq baş məşqçisi Arsen Venger maraqlı açıqlama ilə diqqət çəkib.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis Eden Hazardın Real-a transferini dəyərləndirib.

Venger belçikalı forvardın böyük oyunçu olduğunu söyləyib. Ancaq onun fikrincə, Hazard ötən il Juventus-a keçən Kriştiano Ronaldonu əvəz edə bilməz: "Hazard Real-ın bir çox sualının cavabı olacaq, ancaq şübhəsiz ki, Ronaldonu əvəz edə bilməz. Hər mövsüm 50 qol vura bilməyəcək. Real-ın başqa hücumçuya ehtiyacı var. Benzemanın artıq 32 yaşı var. Hazard vacib oyunlarda hücumlar yaratmağı bacaran inanılmaz oyunçudur. Heç kimdən qorxmur. Düşünmürəm ki, Real əsl Hazardı görüb. İndi yaxşı vəziyyətdə deyil. Özünə gələndə inanıram ki, Real məmnun olacaq".

Qeyd edək ki, Real Eden Hazardı bu yay Chelsea-dən transfer edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39709 səs