16/10/2019
18:33
3124
| A A A
Arsen Venger Real-ın 3 təklifini geri çevirib

Arsenal-ın sabiq baş məşqçisi Arsen Venger Real-dan aldığı təkliflər barədə danışıb.

Goal.az xəbər verir ki, Venger risk etmək istəmədiyini bildirib. O, hərdən özünə bu qərarın düzgün olub-olmadığı barədə sual verdiyini də etiraf edib:

"Real-dan 3 dəfə təklif almışdım. Ancaq Arsenal mənim üçün ideal yer idi. Fikirləşirdim ki, niyə risk edim. Real-a getsəydim, özümü komfort hiss etməyə bilərdim. İndi hərdən Madriddən gələn təklifə "yox” deməkdə haqlı olub-olmadığım barədə özümə sual verirəm. Ancaq həmin vaxt əmin idim ki, potensialımı göstərə biləcəyim klubdayam”.

Venger Arsenal-da 1996-2018-ci illərdə işləyib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8764 səs