19/10/2019
10:35
3144
| A A A
"Barcelona-da Neymarın qayıtmasını istəməyən insanlar var” - Messi

Barcelona-nın kapitanı Lionel Messi PSG komandasının hücumçusu Neymarın Katoloniya klubuna mümkün qayıdışına münasibət bildirib.

Goal.az-ın məlumatına görə, bu barədə “Metro FM 95.1” radiostansiyası məlumat yayıb.

Messi etiraf edib ki, Neymarın qayıtması bir sıra amillərə görə çətindir.

“Neymarı geri qaytarmaq çətindir. Əvvəlcə onun “Barselona”dan getməsini təsəvvür etmək çətin idi. İkincisi, onun necə getdiyini xatırlamaq lazımdır.İndi klubda onun geri qayıtmasını istəməyən insanlar var.

Ancaq idman baxımından Neymar dünyanın ən yaxşılarından biridir. Eyni zamanda, digər amillərində əhəmiyyətini başa düşürəm”.(Report)

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
582 səs