19/10/2019
11:32
1199
| A A A
Riberi Milan-a keçə bilərmiş

İtaliyalı keçmiş futbolçu Massimo Brambati Fiorentina-ya keçən Frank Riberi haqda maraqlı açıqlama verib.

Goal.az xəbər verir ki, Brambati, ötən mövsüm Milan rəhbərliyinin Riberini transfer etmək istəmədiyini deyib:

“Ötən mövsümün sonunda baş məşqçi Cennaro Qattuzo Riberinin transfer olunmasını istədi, ancaq Milan rəhbərliyi bunu qəbul etmədi. İndi Riberi Fiorentina-da möhtəşəm işlər görür.

Milan-ın nə üçün Marko Campaolonu seçdiyini bilmirəm. Qattuzo ilə davam etmək daha yaxşı olardı”.

Qeyd edək ki, Brambati 1986-1999-cu illər aralığında Torino, Empoli, Lecce, Bari, Palermo kimi klublarda forma geyinib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
581 səs