09/11/2019
12:14
1126
| A A A
“İbrahimoviç dünyanın ən yaxşı klublarından olan Milan-a gedir”

MLS rəsmisi Don Qarber Los Angeles Galaxy ilə müqaviləsi dekabrda başa çatacaq Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, Qarber, isveçli hücumçunun Milan-a gedəcəyini bildirib:

“Zlatan maraqlı xarakterə malikdir. Onunla keçirdiyin vaxt cansıxıcı olmur. Əvvəllər, onun gəldiyi vaxtlarda Devid Bekhem kimi futbolçuya ehtiyacımız vardı, indi isə Zlatan İbrahimoviç dünyanın ən yaxşı klublarından olan Milan-a gedir.

O, burda keçirdiyi iki ildə vurduğu qollarla rekordlar qırdı. Həm meydanda, həm də meydandan kənarda onu izləmək maraqlıdır. O, insana darıxmağa imkan vermir. Onun yenidən bura qayıtmasını istəyərdim, amma bu, Los Angeles Galaxy-dən asılıdır”.

Qeyd edək ki, 2018-ci ildən MLS-də çıxış edən 38 yaşlı futbolçu, 2011-2012-ci illərdə Milan-da forma geyinib.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs