11/11/2019
18:26
11036
| A A A
"Ronaldo üç ildir ki, rəqib futbolçuları aldadaraq, qol vura bilmir” - Kapello

İtaliyalı mütəxəssis Fabio Kapello İtaliya A Seriyasının 12-ci turu çərçivəsində keçirilən Juventus – Milan oyunundan (1:0) sonra açıqlama verib.

Goal.az xəbər verir ki, 73 yaşlı mütəxəssis, oyunda “qoca sinyora”nın hücumçusu Kriştiano Ronaldonun əvəzlənərkən baş məşqçi Mauritsio Sarriyə etiraz etməsinə münasibət bildirib:

“Ronaldonun etdiyi çirkin hərəkət idi. Meydandan ayrılarkən də, rol modeli olaraq qalmaq lazımdır. O, artıq üç ildir ki, rəqib futbolçuları aldadaraq qol vura bilmir. Ronaldo sadəcə, cərimə meydançasında çempiondur.

Baş məşqçi oyunda qələbə qazanmaq üçün onu əvəzlədi. O, rol modelidir və komanda yoldaşlarına hörmət etməlidir”.

Xatırladaq ki, Sarri, Milan-la oyunun 55-ci dəqiqəsində Ronaldonu Paulo Dibala ilə əvəzləyib. Ronaldo meydandan çıxarkən əsəbiləşərək, birbaşa paltardəyişmə otağına gedib. Görüşün taleyini həll edən yeganə qolu isə argentinalı hücumçu vurub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs