12/11/2019
13:13
2859
| A A A
"Messi daha beş il Barcelona-da oynayacaq" - Bartomeu

Barcelona-nın prezidenti Xosep Maria Bartomeu komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, argentinalı futbolçunun gələcəyi ilə bağlı danışan klub rəhbəri, bunları deyib:

“Əlbəttə ki, hər iki tərəf Messinin öz gücünü hiss edəcəyi və iddialı olacağı təqdirdə, müqavilənin müddətinin uzadılmasını istəyir. Son qərar Messinindir. O, karyerasını istədiyi vaxt bitirmək haqqına sahibdir. Amma əvvəllər də dediyi kimi, Lionel karyerasını Barcelona-da bitirmək istəyir. Qarşıdakı 2-3 mövsümdə də liderimiz Messi olacaq. O, hələ də gənc və iddialıdır.

Messi daha beş il Barcelona-da oynayacaq. Buna şübhə etmirəm”.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1027 səs