15/11/2019
10:55
2364
| A A A
"Zlatan İbrahimoviçə hörmət etməmək olmur" - Klopp

Liverpool-un baş məşqçisi Yürgen Klopp Zlatan İbrahimoviçin transferi haqda açıqlama verib.

Goal.az xəbər verir ki, Klopp öz açıqlamasında İbrahimoviçi bəyəndiyini bildirib.

"Zlatan Manchester United-də oynamasa idi, onu Liverpool-a dəvət edə bilərdik. Zlatanın Liverpool-da oynamaq istədiyinə əmin deyiləm. Bizim komanda daha intensiv futbol nümayiş etdirir.

Yuxarıda dediklərimə rəğmən, Zlatana hörmət etməmək olmur. Onun karyerası, cəhdləri və özünəinamı mənim xoşuma gəlir. O, fantastik şəxsiyyətdir. Güman edirəm ki, hələ bir neçə il karyerasını davam etdirəcək" - deyib Klopp.

Qeyd edək ki, Zlatan İbrahimoviç cari ilin sonunda LA Galaxy-dən ayrılacağını açıqlayıb.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1022 səs