17/11/2019
18:34
3034
| A A A
"Mükəmməl oyun göstərdik və layiqli qələbə qazandıq" - Hazard

AVRO-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Rusiya yığmasına 4:1 hesabıyla qalib gələn Belçika milli komandasının futbolçusu Eden Hazard açıqlama verib.

Goal.az xəbər verir ki, Real Madrid-in formasını geyinən futbolçu, oyunla bağlı bunları deyib:

“Bizim üçün qrupda ilk yeri tutmaq vacib idi. Mükəmməl oyun göstərdik və layiqli qələbə qazandıq. Rusiya pis oynamadı, amma biz daha yaxşı idik və 4:1 hesabıyla qalib gəldik.

Qardaşım Torqana məhsuldar ötürmə vermək və onun qol vurması xüsusilə gözəl idi. Bəzən o qol vurur, bəzən də mən. Amma ümumilikdə, qələbə qazandığımız üçün çox xoşbəxtik”.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8877 səs