02/12/2019
11:47
3670
| A A A
"Filipp Lam istefa verməlidir" - Löv

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv AVRO-2020-nin seçmə mərhələsində yer aldıqları F qrupunu dəyərləndirib.

Goal.az xəbər verir ki, Löv, Fransa və Portuqaliya ilə birgə yer aldıqları qrup haqda bunları deyib:

“Bu, “ölüm qrupu”dur! Münhendəki oyunlar əsl futbol şənliyi olacaq. Bizdən çox şey gözləyirlər. Qrupun çətin olması xüsusi motivasiya olacaq.

Çox çətin qrupa düşmüşük. Almaniya Futbol Federasiyası ya püşkü atan Filipp Lamı göndərməli, ya da özü istefa verməlidir”.

Almaniya millisi AÇ-2020-nin F qrupunda Fransa və Portuqaliya ilə mübarizə aparacaq. Qrupun digər iştirakçısı isə Millətlər Liqasının oyunlarından sonra bilinəcək.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1027 səs