05/12/2019
15:48
5272
| A A A
“Maneni dördüncü sırada görəndə utandım” – Messi

Barcelona-nın futbolçusu Lionel Messi Liverpool-un hücumçusu Sadio Mane haqda fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Messi, seneqallı futbolçunun “Qızıl top” üçün səsvermədə 4-cü yeri tutmasına münasibət bildirib:

“Qızıl top”un səsverməsində Maneni dördüncü sırada görəndə utandım. Ancaq düşünürəm ki, bu mövsüm namizədlər həddindən artıq çox idi. Buna görə də, konkret oyunçu seçmək çətin oldu. Xüsusilə, Manenin adını çəkdim, çünki o, futbolçu kimi çox sevdiyim biridir”.

Qeyd edək ki, Messi bu il karyerasında 6-cı dəfə “Qızıl top”u qazanıb. (komanda.az)