06/12/2019
15:45
3106
| A A A
"Kriştiano Ronaldo istedadlı deyil" - İbrahimoviç

Bir neçə gün əvvəl karyerasını İtaliyada davam etdirəcəyini açıqlayan Zlatan İbrahimoviç Juventus-un futbolçusu Kriştiano Ronaldo ilə mümkün rəqabətindən danışıb.

Goal.az xəbər verir ki, isveçli hücumçu İtaliya mətbuatına açıqlamasında Ronaldonun istedadlı futbolçu olmadığını deyib: “Əsl Ronaldonu İtaliyada tapacağam? Xeyr, əsl Ronaldo braziliyalıdır. Kriştiano istedadlı deyil, qazandıqları sadəcə, zəhmətinin bəhrəsidir”.

38 yaşlı forvard portuqaliyalı hücumçunun Juventus-a keçidini də tənqid etmişdi: “Əgər o yarış istəyirdisə, niyə B seriyasında çıxış edən Juventus-a getmədi? 7 il ardıcıl çempion olan kluba getdi”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11895 səs