08/12/2019
17:36
4790
| A A A
"Materazzi mənə qarşı kobud oynamağa başladı və mən..." - İbrahimoviç (VİDEO)

• Əvvəlki Milan rəhbərliyi çox möhtəşəm idi. Mənim üçün Adriano Qalliani fantastik idarəedici idi. O, komanda üçün hər şey edirdi. Nəsə onu qane etməyən zaman bütün komandaya etirazını bildirirdi. İki il sonra Qallianiyə dedim ki, Milan-ı tərk etmək istəmirəm və burada çox xoşbəxtəm. Həmin vaxt mən dənizdə istirahət edirdim və gördüm ki 30 saniyə ərzində telefonuma 5 dəfə zəng gəldi. Dərhal vəziyyətin başqa cür olduğunu anladım. Agentim Mino Rayola ilə əlaqəyə keçdim. Rayola dedi ki, səni artıq PSG-yə satıblar.

• Juventus-da çıxış etdiyim zaman İnter-ə qarşı oyunda Materazzi mənə qarşı çox kobud oynadı və ağır xəsarət yetirdi. Mən meydanı tərk elədim. O, futbolçu kimi çox aqressiv idi. Maldini də aqressiv futbolçu idi. Lakin, o, heç vaxt rəqibi zədələmək fikrində olmayıb. Materazzi isə rəqibi zədələmək üçün aqressiv idi. Bu hadise 2006-ci ildə baş vermişdi. Onun cavabını vermək üçün meydana qayıtmaq istəyirdim, çünki mən özümə qarşı belə hərəkətlər edənin cavabını yerindəcə verməyi sevirəm. Lakin, zədəm ciddi olduğu üçün meydana qayıda bilməmişdim.

Milan-a transfer olduğumdan sonra ilk Milan derbisi idi. Bütün İnter azarkeşləri mənə qarşı idi. Hər hansı xoşa gəlməz hadisənin baş verməməsi üçün özümü çox yaxşı ələ ala bilirdim. Mən penalti qazandım. Qaydanı kim pozdu? - Materazzi. Penaltidən fərqlənərək hesabı 1:0 Milan-ın xeyrinə elədim. Oyunun ikinci hissəsində Materazzi mənə qarşı kobud oynamağa başladı və mən ona qarşı taekvondo fəndi işlətdim. Bu fəndlə onu xəstəxanaya göndərdim. Stankoviç bu hərəkətimdən sonra məndən bunu niyə etdiyimi soruşdu. Mən isə ona bu anı düz dörd il gözlədiyimi dedim.

Royal Türksoy