09/12/2019
20:18
3425
| A A A
Rusiya futbolçuları "DÇ-2022"də neytral bayraq altında mübarizə aparmalıdı

"Rusiya millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazansa, futbolçular neytral bayraq altında mübarizə aparmalıdır".

Bunu Ümumdünya Antidopinq Agentliyinin (WADA) Uyğunlaşma Komitəsinin sədri Conatan Teylor bildirib.

Onun sözlərinə görə, Rusiya yığması seçmə mərhələni keçsə, mundialda ölkəni təmsil edə bilməz: "Ancaq onlar Rusiya təmsilçiləri olaraq deyil, neytral əsaslarla müraciət edə bilərlər və sonra necə iştirak edə biləcəkləri barədə qərar veriləcək. Ancaq şərt budur ki, Rusiya bayrağı və nümayəndələri olmasın".

Qeyd edək ki, WADA daha öncə Rusiyanı olimpiadalar və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum edib. Qətərdəki mundial 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. ("Report")

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11900 səs